Dünya

Çində 2035-ci ilədək 216 yeni hava limanı istifadəyə veriləcək

12 Dekabr 2018 04:30
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində artan sərnişin tələbatı nəzərə alınaraq, 2035-ci ilədək 216 yeni hava limanı tikilib istifadəyə veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çin Mülki Aviasiya Administrasiyasının ölkənin mülki aviasiya sahəsinin inkişafı ilə bağlı hesabatında qeyd olunub.

Proqnozlara əsasən, Çin 2035-ci ilədək hava nəqliyyatından istifadə edən sərnişinlərin sayına görə ABŞ-ı qabaqlayaraq, qlobal liderliyə yüksələcək. Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin hər 4 nəfərindən biri Çin vətəndaşı olacaq.

Qeyd edək ki, hazırda Çində 234 mülki hava limanı istifadədir. Ötən il Çin hava limanlarının xidmətindən 552 milyon sərnişin istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.