Dünya

"Çirkinsən" sözündən bezən qız özünü asdı - FOTO

11 Dekabr 2018 13:38
4 Şərh     Baxış: 2 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9 yaşlı məktəbli canına qəsd edib.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Alabama ştatında 9 yaşlı qara dərili qız özünü öldürüb.

McKenzie Adams adlı uşaq dekabr ayının 3-də, Linden şəhərindəki evində özünü asıb. Onun cəsədini nənəsi tapıb.

Qohumlarının dediyinə görə "US Jones" məktəbində təhsil alan qız sinif yoldaşlarının təzyiqinə məruz qaldığına görə intihar edib.

Onun intiharına səbəb kimi irqi ayrıseçkilik göstərilib.

Qızın xalası Eddwina Harris ifadəsində bildirib ki, sinif yoldaşları onu daima dərisinin rənginə görə ələ salıb, "eybəcər", "çirkin", kimi sözlər deyiblər.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.