Dünya

Ermənistanda güclü yanğın: 3 ölü

11 Dekabr 2018 12:21
0 Şərh     Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Lori vilayətinin Stepanavan şəhərində güclü yanğın olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın bu gün səhər saatlarında ağacdan düzəldilmiş evdə qeydə alınıb.

Hadisə yerinə yollanan yanğınsöndürənlər evdən 36 yaşlı Vaanuş Akopyan və 59 yaşlı Anuş Balasanyanın meyitlərini çıxarıblar. 26 yaşlı David A. və 12 yaşlı Qriqor Qriqoryan isə xəstəxanaya yerləşdirilib, yeniyetmə ölüb. Onların tüstüdən zəhərlənərək öldüyü bildirilir.

Yanğın yerli vaxtla saat 07:25-də söndürülüb, evdə şkaf, çarpayı, döşəmə üzlüyü yanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.