Dünya

BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir

11 Dekabr 2018 08:10
1 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Mark Loukok jurnalistlərə bildirib.

"Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır.

Onun sözlərinə görə, hazırda Yəmənə 152 dövlət yardım göstərir.

Loukok bir neşə ay əvvəl bildirib ki, Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.