Dünya

"Makron uğursuz xəttini etiraf edə bilməyib" - Le Pen

11 Dekabr 2018 08:58
0 Şərh     Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Milli Birlik" Partiyasının lideri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronun xalq qarşısındakı çıxışını şərh edib.

Milli.Az "Report"a istinadən bildirir ki, o, bununla bağlı fikirlərini "Twitter"də yazıb.

"Etirazlarla üzləşən Makron özünün vergi səhvlərindən imtina edir və bu yaxşıdır. Lakin o, (idarəetmə -red) modelinin mübahisə yaratmasını etiraf etməkdən imtina edir", - deyə o qeyd edib.

Le Penin sözlərinə görə, "bu model" altında artıq qloballaşma, qeyri-loyal rəqabəti, kütləvi immiqrasiya başa düşülməlidir.

Xatırladaq ki, "sarı jiletlilər"in etirazları fonunda xalqa müraciəti zamanı Makron Fransada fövqəladə sosial və iqtisadi vəziyyət elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.