Dünya

Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib

11 Dekabr 2018 08:33
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin xatirəsini anma günündə baş tutub.

Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.

İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya, təbabət və iqtisadiyyat sahələrində laureatlara mükafatlar verilib. İsveç Kralı ХVI Karl Qustav Nobel mükafatı laureatlarına üzərində Nobelin təsvir olunduğu qızıl medal, diplom və 9 milyon İsveç kronu pul mükafatı təqdim edib. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da yaradılıb.

Mərasimin yekununda Nobel mükafatı laureatları və qonaqlar üçün rəsmi bayram ziyafəti verilib.

Xatırladaq ki, 2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.