Dünya

"Moskvaya böhtan atırlar, Fransada əlimiz yoxdur" - Dmitri Peskov

10 Dekabr 2018 16:48
2 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fransada keçirilən etiraz aksiyalarında Moskvanın əlinin olması ilə bağlı bəyanat böhtandır".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Parisdəki hadisələr tamamilə Fransanın daxili işidir, Rusiya isə heç bir dövlətin daxili işlərinə müdaxilə etməyib və müdaxilə etmək niyyətində də deyil.

Jurnalistlər D.Peskovdan Fransanın Parisdəki etiraz aksiyalarında Rusiyanın mümkün iştirakı ilə əlaqədar araşdırmaya başladığı barədə məlumatları şərh etməsini istəyib. O isə cavabında belə deyib: "Səhv edirsiniz. Rusiyanın mümkün iştirakını yox, xaricdən mümkün müdaxiləni araşdıracaqlar".

Daha əvvəl isə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanı Fransada iğtişaşlar təşkil etməkdə günahlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.