Dünya

ABŞ-da dörd nəfər qar çovğununun qurbanı olub

10 Dekabr 2018 23:52
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Şimali Karolina ştatında baş vermiş qar fırtınası nəticəsində dörd nəfər ölüb.

Milli.Az "report"-a istinadən bildirir ki, ABŞ-ın Milli Meteorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə qarın qalınlığı 60 sm-i keçib. Əlverişsiz hava şəraiti ilə bağlı yollarda hərəkət iflic olub. Bildirilir ki, 500-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib.

Şimali Karolina ştatının hakimiyyət orqanları sakinlərə səfərə çıxmamağı məsləhət görüblər.

"Evdə qalın. Milad bayramı üçün hədiyyələr hazırlayın, yolkaları bəzəyin və futbola baxın", - deyə ştatın qubernatoru Roy Kuper özünün "Twitter" səhifəsində yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.