Dünya

Qırğızıstanda baş nazirin sabiq müavini saxlanılıb - Qanunsuz gəlirlər...

10 Dekabr 2018 10:33
0 Şərh     Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstanın baş nazirinin keçmiş müavini Duyşenbek Zilaliyev saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sabiq məmur əmlak bəyannaməsi yoxlanıldıqdan sonra qanunsuz sənədləşmədə şübhəli bilinərək saxlanılıb.

Onun saxlanılmasının digər bir səbəbi kimi qanunsuz olaraq respublika hüdudlarından kənara çıxması və bəzi yataqlarla bağlı qanunsuz lisenziya verməsi qeyd edilir.

Bəyannaməyə görə, həmin vaxt onun gəliri təxminən 43 min dollar olsa da, məlum olub ki, hesabında bəyyanamədə göstərilməmiş 889 min 900 dollar olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.