Dünya

14 günlük körpə "ölüm öpüşü"nün qurbanı oldu - FOTO

10 Dekabr 2018 14:35
12 Şərh     Baxış: 4 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14 günlük körpə dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Yorkşir qraflığında dünyaya göz açan körpə 14 gün yaşadıqdan sonra ölüb.

Həkimlərin dediyinə görə, onun ölümünə səbəb uçuqlamış dodağından infeksiya keçməsidir.

Belə ki, dodağında uçuq əmələ gələn qızın qanına başqasının nəfəsindən infeksiya düşüb. Həkimlərin dediyinə görə, körpə "ölüm öpüşü"nün qurbanı olub.

Körpənin anası Kelly Ineson ölən övladı ilə bağlı digər valideynlərə xəbərdarlıq edib. O bildirib ki, uşaqlarınızı başqalarının, xüsusən də natəmiz insanların öpməsinə icazə verməyin.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.