Dünya

Qaşıqçının ölüm qabağı dediyi son sözləri...

10 Dekabr 2018 08:07
3 Şərh     Baxış: 3 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının ölüm qabağı dediyi son sözlər nəfəs ala bilməməsi olub.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə bazar günü İstanbulda jurnalistin qətli zamanı qeydə alınan audioyazını dinləyən mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.

"Nəfəs ala bilmirəm", - deyə mənbə Qaşıqçının son sözlərini sitat gətirib.

Teleşirkətin məlumatına görə, audioyazıda jurnalistlə əlbəyaxa və sonradan onun meyitinin doğranması anının səs-küyünü boğmaq üçün xüsusi olaraq qoşulmuş musiqi səsi eşidilir.

Mənbənin sözlərinə görə, audioyazı onu göstərir ki, Qaşıqçının qatilləri müntəzəm olaraq telefonla zəng ediblər və baş verənləri məruzə ediblər.

Bundan əvvəl ABŞ-da bir qrup senator "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.