Dünya

ABŞ-da 1,3 mindən çox aviareys təxirə salınıb

10 Dekabr 2018 07:55
0 Şərh     Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında qar və çovğuna görə 300 mindən çox enerji təchizatının pozulması faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, oxşar hallar Alabama, Corciya, Tennesi və Virciniya ştatlarında da baş verib. Şimali Karolina ştatının qubernatoru deyib ki, hava şəraiti 500 min insanı işıqsız qoya bilər.

Ştatın "Şarlott" adlı hava limanında qara görə mindən çox aviareys təxirə salınıb. "The New York Times" qəzetinin məlumatına görə, Şimali və Cənubi Karolinanın bütün hava limanlarında bu göstərici 1,3 minə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.