Dünya

Ermənistanda səsvermə başa çatdı - Kütləvi saxtakarlıq

9 Dekabr 2018 21:32
1 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Məlumata görə, 20:00-da seçki məntəqələri bağlanılıb və səslərin sayılmasına başlanılıb.

Ermənistan Müdafiə Nazirliyi "qaynar xətt" üzrə səsvermə prosesində pozuntular barədə 39 məlumat alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Facebook" səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbua katibi Artsrun Ovanisyan yazıb.

Onun sözlərinə görə, bu məlumatlar seçkilərin təşkili, hərbçilərin səsvermə məntəqələrinə gətirilməsi və məzuniyyətdə olan hərbi qulluqçuların səsverməsi ilə bağlı olub.

Bundan əlavə, "TASS"ın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumaat görə, İstintaq Komitəsi növbədənkənar parlament seçkilərində səsvermə zamanı qanun pozuntularına dair 12 şikayət qeydə alıb: "İstintaq Komitəsi onların araşdırılması üzrə tədbirlər görür".

Daha əvvəl Ermənistanın Baş prokurorluğundan bildirilib ki, seçkilər zamanı 65 pozuntu ilə bağlı məlumat baxılıb, onlardan 32-si cinayət tərkibli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.