Dünya

“Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

9 Dekabr 2018 21:18
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Çindəki səfiri Terri Brendsted ölkənin xarici siyasət idarəsinə çağırılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Çin xarici işlər naziri Le Yuyçen amerikalı diplomata "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ilə əlaqədar qəti etirazını bildirib.

Qeyd edək ki, "Huawei" şirkətinin qurucusu Jen Çjenfeyin qızı olan M. Vançjou dekabrın 1-də Vankuverdə saxlanılıb. ABŞ İrana qarşı sanksiyalarla əlaqədar onun ekstradisiyasını istəyir. Çinin Kanadadakı səfirliyi bu addımı insan haqlarının kobud pozulması adlandırıb. Eyni zamanda Pekin ABŞ və Kanadaya nota verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.