Dünya

Avropa və Amerikanın ən bahalı xizək kurortları - SİYAHI

8 Dekabr 2018 18:22
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər Avropa və Şimali Amerikanın ən populyar xizək kurortları arasında ən bahalılarının siyahısını tərtib ediblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Avropanın ən bahalı xizək kurortu İtaliyanın Madonna di Kampilo kurortu seçilib. Burada bir sutkalıq istirahətin 677 avroya başa gəldiyi bildirilib.

Avstriyanın İşql kurortu isə siyahıda ikinci yeri tutub. Bu kurortda istirahət 583 avro olaraq dəyərləndirilib. İlk üçlüyü yenə Avstriyanın Zaalbax Hinterqlem kurortu qapadıb. Bu kurortun dəyərinin 436 avro olduğu müəyyən edilib.

Şimali Amerikada isə ən yaxşı xizək kurortu Uistrler (Kanada) seçilib. Burada bir günlük istirahət 452 avroya başa gəlir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.