Dünya

Bu gün Fransadakı etiraz aksiyalarında 31 min nəfər iştirak edir

8 Dekabr 2018 18:39
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Fransada aksiyalarında 31 min nəfər iştirak edir.

Milli.Az Report-a istinadən bildirir ki, keçən şənbə günü eyni vaxtlarda bu say 36 min idi.

Polis "Sarı jiletlilər"i gözyaşardıcı qazlardan istifadə edərək yatırmağa çalışır. Bütün ölkə üzrə 89 min, Paris üzrə 8 min asayiş keşikçisi səfərbər olub. Bu saatlara qədər 700-dən çox nümayiş iştirakçısı saxlanılıb.

Aksiyalar zamanı "Dimanch" qəzetinin fotoqrafı yaralanıb.

Noyabrın 17-dən etibarən yanacağa tətbiq ediləcək verginin artırılmasına qarşı başlamış etirazlar geniş vüsət alıb. Bu gün nümayiş iştirakçılarının əsas tələbi Fransa Prezidenti Emmanuel Makronun istefasıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.