Dünya

Tiflisə uçan təyyarələr Bakıya enir - Səbəb

8 Dekabr 2018 11:59
1 Şərh     Baxış: 1 383

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində dünən axşam saatlarından etibarən qatı duman səbəbindən problem yaranıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, aeroportda bir sıra reyslər ləğv olunub və ya gecikmə ilə yerinə yetirilib.

"Qatar hava yolları"nın Doha-Tbilisi reysini yerinə yetirən təyyarəsi Bakı beynəlxalq hava limanına istiqamətləndirilib. Daha sonra təyyarə gecikmə ilə Tbilisidə enib.

Dubay-Tbilisi reysi də gecikmə ilə yerinə yetirilib, İstanbul və Aktau istiqamətinə reyslər isə ləğv olunub.

"Ukrayna hava yolları"nın Tbilisiyə reys yerinə yetirən təyyarəsi Kutaisi hava limanına enib. Təyyarə bu gün səhər saatlarında Tbilisidə eniş edib. 

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    maqa sarkazm · 8 Dekabr 14:2310

    o Bakiya enen teyyarelerin bortlarinda indi bilirsen ne qeder zati qiriq ermeni kucuyu var bir bahaneyle tutun qullarindan endirin teyyareden basin iceri

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.