Dünya

Nikolun rəqibləri birləşir: “prezidentliyə qayıdış" başlayır?

8 Dekabr 2018 16:24
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paşinyanın hazırkı davranışları göstərir ki, o kimlərsə tərəfindən idarə olunur.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında "Baku Netvörk" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert bunun arxasında Paşinyanın Rusiyaya qarşı qoyulması amilinin dayandığını bildirib:

"Paşinyanın hazırkı davranışları göstərir ki, o, kimlərsə tərəfindən idarə olunur. Onun mənasız bəyanatlar verməsinin birinci səbəbi siyasi partiyasının olmamasıdır. Ancaq ikinci səbəb daha ciddidir. Belə ki, Paşinyanın məsləhətçiləri onu Rusiyaya qarşı qaldırmağa çalışırlar. Xaçaturov məsələsi bunun ən bariz nümunəsidir. Hətta Qərb ölkələri yaranmış bu fürsətdən istifadə edərək Ermənistanın əli ilə KTMT-ni içəridən dağıtmaq istədi. Düzdür, Nikol son günlər durmadan Rusiyaya meyilli olduğunu göstərməyə çalışır, ancaq bu, bir siyasi oyundur".

Politoloq Ermənistanda seçkiqabağı vəziyyətin heç də ürəkaçan olmadığını deyib:

"Erməni mediası hər şeyi müsbət qələmə verməyi çox yaxşı bacarır. Ancaq siyasi mübarizə Paşinyan seçiləndən sonra da sabitləşməyəcək. Çünki əks tərəf Nikolu hakimiyyətdən salmaq üçün birləşəcək. Nəticədə Ermənistan yenidən qarışacaq".

Ekspert buna görə də Paşinyanın seçkilərdən sonra Ermənistanı prezident üsul-idarəsinə qaytarmağa çalışacağını qeyd edib:

"Çünki Paşinyan hakimiyyətdə qalmaq istəyir və gələcəkdə parlament yolu ilə seçiləcəyinin çətin olacağını çox yaxşı başa düşür. Buna görə də o, ölkəni yenidən prezident üsul-idarəsinə qaytara bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.