Dünya

Qonşuluqdakı paytaxt hər il 25 santimetr çökür - HƏYƏCAN

8 Dekabr 2018 17:39
0 Şərh     Baxış: 3 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yenidənqurma işləri Tehranı çökdürür

İranın paytaxtı Tehran hər il 25 santimetr çökür.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda İran İnşaat Araşdırmaları Mərkəzi məlumat yayıb. "Nature" dərgisində yayımlanan məlumata görə, 2003-2017-ci illərdə çəkilən peyk görüntüləri araşdırılıb. Kəndəki yol və binalarda çatlar, bəzi bölgələrin isə hər il 25 santimetr çökdüyü, dərinliyə batdığı qeyd olunub. Məlumata görə, bu çatların yaranmasının əsas səbəbi şəhərin çökməsi ilə əlaqədardır.

Alimlər Tehranın çökməyə görə dünyada ən üst pillələrdə qərarlaşdığını bildirib. Bundan başqa qeyd olunub ki, yağmur sularının dərin çuxurlara dolduğu, torpağın kifayət qədər sulanmadığı da diqqətə çatdırılıb. ALimlərin sözlərinə görə, şəhərin getdikcə çökməsinin əsas səbəbi əhalinin artımı və bununla əlaqədar olaraq yenidənqurma işlərin geniş vüsət alması olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.