Dünya

73 yaşlı ərinin erotik fantaziyalarından bezən qadından dəhşətli addım - FOTO

8 Dekabr 2018 10:49
0 Şərh     Baxış: 12 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

73 yaşlı ərinin ehtirasını azaltmaq üçün ona sakitləşdirici dərman verən qadın bilmədən onun ölümünə səbəb olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, adı mətbuatda Silvia M. kimi keçən qadın məhkəmədə hakimə ərinin seks fantaziyalarından bezdiyinə görə onu sakitləşdirmək üçün yuxu dərmanı verdiyini söyləyib.

Ərinin öldüyünü görən 62 yaşlı qadın daha sonra onun cəsədini çiynində daşıyaraq zibilliyə atıb. Heinz P adlı kişinin cəsədi 3 həftədən çox zibillikdə qalıb.

Avstriyanın Zaltsburq şəhərində tibb bacısı işləyən qadının 7 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verilib.

O, məhkəmədə ərinə 3-dən artıq yuxu dərmanı verdiyini etiraf edib. Lakin, məqsədinin onu öldürmək olmadığını bildirib.

Qeyd edək ki, Silvia əslən almandır və o, Berlində doğulub. Avstriyada tutulan qadın Almaniyaya ekstradisiya edilib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.