Dünya

Paris meri sabaha gözlənilən etiraz aksiyaları ilə bağlı müraciət yayıb

7 Dekabr 2018 21:20
0 Şərh     Baxış: 409

Fransanın Paris şəhərinin meri Ann Hidalqo "Sarı jiletlilər"in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ərəfəsində hamını təmkinli və ehtiyatlı olmağa, qarşılıqlı hörmətə çağırıb.

Milli.Az "report"-a istinadən bildirir ki, paytaxt rəhbəri "Paris bütün fransızlarındır, Parisin qayğısına qalın", - deyə vurğulayıb.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən "Sarı jiletlilər" hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.