Dünya

Türkiyədən ABŞ-a: Əsla icazə verməyəcəyik!

7 Dekabr 2018 20:44
2 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin milli müdafiə naziri Hülusi Akar ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri ilə görüşüb.  

Milli.Az Report-a istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyətə dair müzakirələr aparıblar.

Nazir xüsusilə Fərat çayının şərqində, İdlib və Münbiçdəki son hadisələrə toxunub, ABŞ-dan PKK-nın Suriyadakı qolu YPG ilə əlaqələrini kəsməsini, ölkənin şimal sərhədi yaxınlığında müşahidə nöqtələri yaratmaq planından əl çəkməsini gözlədiklərini bildirib. 

H.Akar Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcəklərini amerikalı diplomatın diqqətinə çatdırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.