Dünya

Ərdoğan Putindən xahiş etdi - Ukraynalı dənizçilərlə bağlı

7 Dekabr 2018 19:12
0 Şərh     Baxış: 1 297

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı dənizçilərin buraxılması ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Milli.Az report-a istinadən xəbər verir ki xəbər verir ki, bu məlumatı "RİA Novosti" yayıb.

"Kerç boğazındakı hadisədən sonra mən əvvəlcə Rusiya Prezidenti Vladimir Putin, sonra isə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefonla danışdım. Dənizçilərin azad edilməsi ilə bağlı xahişi Putinə çatdırdım", - deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, təklifinin müsbət qarşılanacağına ümid edir: "Bildiyimə görə hazırda araşdırma aparılır. Bundan sonra qərar qəbul ediləcək. Belə məsələlərdə biz yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik".

Bildirilib ki, Ukrayna Prezidenti Argetintinada keçirilən "Böyük-20"liyin toplantısında Rəcəb Tayyib Ərdoğandan bu hadisəni qaldırmağı istəmişdi.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.