Dünya

Avropa Komissiyası: Neftin qiyməti 92 dollar/barrel olacaq

7 Dekabr 2018 23:27
0 Şərh     Baxış: 767

"Brent" markalı xam neftin bir barrelinin qiyməti 92 dollar səviyyəsinə yüksələcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozla Avropa Komissiyası çıxış edib. Avrokomissiya 2030-cu ildə "Brent"in bir barrelinin orta qiymətinin 92 dollar səviyyəsinə çatacağını nəzərdə tutur. 2022-ci ildən 2027-ci ilə qədər olan müddətdə isə "Brent" neftinin orta illik qiymətinin 80-85 dollar/barrel səviyyəsində dəyişəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Avropa Komissiyası noyabrda 2018-2019-cu illər üzrə neftin qiymətinə dair proqnozunu artırıb. Avrokomissiyaya görə, bu il "Brent"in bir barrelinin orta qiyməti 75,1 dollar, 2019-cu ildə isə 80,6 dollar/barrel təşkil edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.