Dünya

Tramp konqresmenləri Meksika ilə sərhəddə divar tikintisinə pul ayırmağa çağırıb

7 Dekabr 2018 21:39
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Arizona ştatına qanunsuz mühacir axını barədə xəbərdarlıq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Donald Tramp, həmçinin konqresmenlər Nensi Pelosi və Çak Şumeri Meksika ilə sərhəddə divar tikintisinin maliyyəsini təsdiqləməyə çağırıb.

Bir qədər əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının demokratlar fraksiyanın lideri Nensi Pelosi ölkənin cənubunda sərhəd səddinin inşası üçün maliyyə vəsaiti ayrılması barədə prezidentin təşəbbüsünü rədd etmişdi. Onun sözlərinə görə, demokratların əksəriyyəti bu addımın "əxlaqa zidd, effektsiz və həddən artıq bahalı" olması fikrindədir. O, həmçinin seçki kampaniyası zamanı Trampın sərhəd divarı tikintisinin xərcini Meksikanın ödəyəcəyi barədə vəd verdiyini xatırladıb.

Demokrat senator Çak Şumer isə öz növbəsində ABŞ Konqresinin sərhədin təhlükəsizliyi üzrə 1,6 milyard dollarlıq maliyyəsində 9 metr hündürlüyündə beton səddin tikintisinin nəzərdə tutulmadığını bildirib.

Xatırladaq ki, hazırda Meksika-ABŞ sərhədi yaxınlığında əksəriyyəti Honduras, Salvador və Qvatemaladan olan minlərlə mühacir toplaşıb. ABŞ Müdafiə Nazirliyi ölkəyə qanunsuz miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhədə 5,2 min əsgər göndərmək barədə qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.