Dünya

Canlı yayımda ŞOK OLAY! Millət vəkilini yumruqlayıb döydü - VİDEO

7 Dekabr 2018 15:26
0 Şərh     Baxış: 6 663

Ukraynada canlı yayımlanan bir televiziya proqramına qatılan bir millət vəkili, mübahisə etdiyi digər millət vəkilinə hücum edib, döyüb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada iqtidar təmsilçisi Petro Poroşenko və Oleq Barna ilə radikal milliyətçi olan "Azadlıq" partiyasının millət vəkili Yuriy Levçenko arasında mübahisə yaranıb.

Ukraynanın 10 rayonunda hərbi vəziyyət elan edilməsi ilə bağlı düşən mübahisə zamanı müxalif deputat Levçenkonun iqtidarın üzvü Oleq Barnanı ölkəsindəki zənginlərin, iş adamlarının qulluqçusu olmaqda ittiham etməsi, ikincinin hücum etməsi ilə nəticələnib. Barna canlı yayım zamanı Levçenkonun yanına gələrək onu yumruqlayıb.

Telekanaldan edilən açıqlamada bu davanın həmin telekanalın yarandığı 20 ildən bəri baş verən ilk dava olduğu qeyd edilib. Deputatların əlbəyaxası zamanı telekanala maddi ziyan dəyib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Canlı yayımda ŞOK OLAY!Millət vəkilini yumruqlayıb döydü

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.