Dünya

Slovakiyanın xarici işlər naziri istefa ərizəsini geri götürdü

7 Dekabr 2018 18:09
0 Şərh     Baxış: 153

Slovakiya xarici işlər naziri Miroslav Layçak istefa ərizəsini geri götürərək vəzifəsində qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, istefa ərizəsi noyabr ayının sonunda parlamentdə BMT miqrasiya müqaviləsinin təsdiq olunmamasından sonra verilmişdi. Həmin müqavilənin qəbul olunduğu Baş Assambleyanın iclası M.Layçakın sədrliyi ilə keçirilmişdi.

Qeyd edək ki, 2019-cu ildə Slovakiya ATƏT sədrliyini yerinə yetirəcək, xarici işlər naziri də təşkilatın fəaliyyətdəki sədri hesab olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.