Dünya

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun oğlu ABŞ-dan sığınacaq istəyib

7 Dekabr 2018 13:56
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryanın oğlu Qurgen Şahnazaryan ABŞ-dan sığınacaq istəyib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Ermənistanda nəşr olunan "Qraparak" qəzeti yayıb.

"Nikol Paşinyan hökuməti Ermənistan Respublikaçılar Partiyasının proporsional siyahısında üçüncü yerdə olan David Şahnazaryan və oğluna qarşı dosye hazırlayır", - qəzet vurğulayıb.

Bildirilib ki, Qurgen Şahnazaryan atası siyasi təqibə məruz qaldığı üçün ABŞ-dan bir neçə il əvvəl sığınacaq istəyib. 

Məlumata görə, Serj Sarqsyan hakimiyyəti də D.Şahnazaryanı və ailəsini sıxışdırırmış. Yeni hökumət artıq ABŞ-ın Sietl şəhərinin Miqrasiya xidmətinə Qurgenin deportasiyası ilə bağlı məktub göndərməyi planlaşdırıb. Oğul Şahnazaryan bir neçə ildir bu şəhərdə yaşayır.

David Şahnazaryan məsələ ilə bağlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

Qeyd edək ki, dekabrın 5-də onu Milli Təhlükəsizlik Xidmətinə çağırmışdılar.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.