Dünya

Fransada 700-dən artıq məktəbli etiraz aksiyası zamanı saxlanılıb

7 Dekabr 2018 07:39
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada orta təhsil sistemində aparılan islahatlara qarşı keçirilən 4-cü etiraz aksiyası zamanı 700-dən artıq məktəbli saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, etiraz aksiyaları səbəbindən 280 təhsil müəssisəsinin işində problemlər yaranıb, onlardan 45-i isə bağlanıb.

"BFM" telekanalının məlumatına əsasən, Fransada hər gün azı 200 məktəb və liseydə etiraz aksiyaları keçirilir. Bir neçə lisey önündə etirazçılar avtomobilləri yandırıblar.

Məktəblilərin təhlükəsizliyinin bərpa edilməsi məqsədilə bir neçə etiraz aksiyasında etirazçıların valideyinləri də iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.