Dünya

İranda terakt: xəsarət alanların sayı 42 nəfərə çatıb

6 Dekabr 2018 21:41
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Sistan və Bəlucistan vilayətinin Çabahar liman şəhərində terror aktı nəticəsində 2 nəfər ölüb, 42 nəfər də xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə İranşəhr Tibb Elmləri Universitetinin prezidenti Mehran Əminifərd məlumat verib.

Zərərçəkənlər arasında təhlükəsizlik qüvvələrinin 10 nəfər əməkdaşı da var. Yaralıların əksəriyyətinin xəstəxanalardan evə buraxıldığı bildirilir.

Qeyd edək ki, bu gün Çabahar şəhərində terror aktı törədilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.