Dünya

Fransada futbol matçları və konsert təxirə salındı

6 Dekabr 2018 17:45
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada davam edən etirazlarla əlaqədar bir sıra futbol matçları və konsertlər təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, noyabr ayının ortalarında dizel yanacağının qiymət artımına etiraz edən "sarı jiletlər" dekabrın 8-ə növbəti etiraz aksiyası elan edib.

Bununla əlaqədar olaraq, Fransa çempionatının 3 oyunu təxirə salınıb.

Belə ki, Monakoda "Monako"-"Nitsa", Tuluzada eyniadlı komandanın "Lion"la matçı və paytaxtda "Paris Sen-Jermen"-"Monpelye" matçları başqa tarixə keçirilib.

Bundan başqa, Parisdə iri elektrik musiqi festivalı ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.