Dünya

İranda qanlı toy: 4 nəfər öldü, 16 nəfər yaralandı

6 Dekabr 2018 13:58
0 Şərh     Baxış: 927

İranın Kirmanşah vilayətində toy mərasimində baş verən atışma nəticəsində 4 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki bunu İranın Kirmanşah vilayətinin hüquq-mühafizə idarəsinin rəisi Mənuçehr Əmanullahi deyib.

Onun sözlərinə görə, hadisə Kirmanşahın Çəmən qəsəbəsində baş verib.

Əmanullahi əlavə edib ki, əvvəllər qətllərdə adı hallanan qonaqlardan biri, bir neçə qonaqla dalaşdıqdan sonra, "Kalaşnikov" markalı avtomatla toyda atəş açmağa başlayıb. Nəticədə 16 nəfər yaralanıb. Xəstəxanaya aparıldıqdan sonra 1-i qadın olmaqla 4 nəfər dünyasını dəyişib.

Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb və atəş açan şəxsin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirirlir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.