Dünya

Ukrayna S-125 zenit-raket kompleksini sınaqdan keçirib - VİDEO

6 Dekabr 2018 14:32
0 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada yeni qanadlı raketi və modernləşdirilmiş S-125 zenit-raket kompleksini sınaqdan keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sınaqlar Odessa vilayətində aparılıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov deyib ki, qanadlı raket 280 km məsafədəki hədəfi uğurla məhv edib: "S-125 kompleksi isə 8 buraxılış həyata keçirməklə su üzərində həmin sayda hədəfə çatıb".

Onun sözlərinə görə, bu, çox yaxşı nəticədir və onu göstərir ki, modernləşdirilmiş komplekslər həm havadan, həm də sudan olan təcavüzdən etibarlı müdafiəni təmin edə bilir və Qara və Azov dənizlərinin sahil mühafizəsini əhəmiyyətli dərəcədə gücləndirəcək".

Xatırladaq ki, bu ilin fevralında Ukrayna Prezidenti Petro Poroşenko S-125M "Peçora" zenit-raket komplekslərinin seriyalı modernləşdirilməsi barədə bəyanat vermişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ukrayna S-125 zenit-raket kompleksini sınaqdan keçirib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.