Dünya

ABŞ senatorları: “Yaranmış vəziyyət bu iyrənc planın başında vəliəhdin durduğunu təsdiqləyir”

6 Dekabr 2018 13:15
0 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da bir qrup senator səudiyyəli müxalif jurnalist, "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinə görə məsuliyyətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, senatorlar layihəni Senata təqdim ediblər. 

Respublikaçılar Partiyasından olan senatorlar Lindsi Qrem, Marko Rubio və Todd Yanq, Demoktarlar Partiyasından Dayann Feyinsteyn, Ed Marke və Kristofor Kun bildiriblər ki, vəlihd şahzadə Məhəmməd bin-Salman Camal Qaşıqçının öldürülməsi cinayətinə ortaqdır: "Yaranmış vəziyyət bu iyrənc planın gerçəkləşdirilməsinin başında vəliəhdin durduğunu təsdiqləyir".

Senator L.Qrem ABŞ-da yaşamaq icazəsi olan C.Qaşıqçının 3 övladının ABŞ vətəndaşları olduğuna diqqəti çəkərək, layihəyə yazılı münasibətində bildirib: "ABŞ-ın vəhşi Qaşıqçı cinayəti haqqında qəti bir açıqlama verməsi milli təhlükəsizlik maraqları baxımından çox böyük əhəmiyyət daşıdığına inanıram".

Bu il dekabrın 4-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktou Cina Hasperin C.Qaşıqçı cinayəti ilə bağlı bəzi senatorlarla qapalı yığıncaq keçirib.

Xatırladaq ki, oktyabrın 2-də "Vaşinqton post" qəzetinin əməkdaşı C.Qaşıqçı Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.