Dünya

Gürcüstan prezidentinin kürəkəni saxlanılıb - Silah gəzdirmə ittihamı

6 Dekabr 2018 11:51
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinın ögey qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri Tbilisidə silah gəzdirmə ittihamı üzrə xüsusi əməliyyat zamanı saxlanılıb.

Milli.Az bu barədə report-a istinadən xəbər verir.

Polis ümumilikdə 2 nəfəri saxlayıb. Telekanalın məlumatına əsasən, xüsusi əməliyyat başladıqdan sonra şübhəlilər silahlarını mənzillərin eyvanından aşağı atmağa başlayıblar. M.Qoqoçuri Amaşukeli prospektindəki bu mənzili kirayəyə götürüb.

Xüsusi əməliyyat dünən gecə keçirilib.

M.Qoqoçuri ilk dəfə ictimaiyyətin diqqət mərkəzinə düşmür. O, iyul ayında ayağından üç bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Daha əvvəl, 2017-ci ilin yanvarında isə Qoqoçuri güllə yarası alıb.

Xatırladaq ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin səlahiyyətləri sona çatmaqdadır. Ölkənin beşinci Prezidenti Salome Zurabişvilinin inauqurasiyası dekabrın 16-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.