Dünya

Türkiyədə məhbusların sayı artıb - Daha çox cinayət törədən kimlərdir?

6 Dekabr 2018 12:30
0 Şərh     Baxış: 321

2017-ci ildə Türkiyə həbsxanalarında cəza çəkənlərin sayı 2016-cı illə müqayisədə 15,7 faiz artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.

Məhbusların 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir. 2017-ci ildə ümumilikdə 215 761 nəfər həbs olunub.

Ötən il həbs olunan vətəndaşların 17,3 faizi oğurluq, 12,3 faizi bilərəkdən xəsarət yetirmə, 7,2 faizi narkotik vasitələrin qanunsuz istehsalı və satışı, 3,7 faizi isə adam öldürmədə ittiham olunub.

Məhbusların 59,5 faizi digər cinayətlərə görə azadlıqdan məhrum edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.