Dünya

Nikol Paşinyan Rusiyada səfərdədir

6 Dekabr 2018 10:38
0 Şərh     Baxış: 492

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Rusiyaya səfərə gedib.

Milli.Az report-a istinadən xəbər verir ki, dekabrın 6-da Sankt-Peterburqda ittifaqın iclası keçiriləcək.

Toplantıda internet-bazarın tənzimlənməsi, şəbəkə texnologiyasının inkişafı, neft satışı üçün ümumi bazarın formalaşması, təbii qaz və neft məhsulları siyasəti üzrə müzakirə ediləcək.

Qeyd edək ki, Nikol Paşinyan əvvəllər Ermənistanın bu təşkilatdan çıxması uçün mübarizə aparırdı. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.