Dünya

Sevgilisinin telefonunun kilidini açan oğlan həbs olunur - FOTO

6 Dekabr 2018 14:09
0 Şərh     Baxış: 1 411

Sevgilisi yuxudaykən onun barmağını telefona toxunduraraq kilidi açan oğlan saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Mançester şəhərində yaşayan Alexander Heavens adlı oğlan sevgilisinin barmaq izindən istifadə edərək onun "iPhone"undakı kontaktlara baxıb və mesajları oxuyub.

O, məhkəmədə sevgilisinin xəyanətindən şübhələnərək belə etdiyini boynuna alıb.

Lakin Aleksandrın saxlanılmasına səbəb onun gizli şəkildə telefonun kilidini açması deyil, telefondakı kontaktları gördükdən sonra sevgilisinə zor tətbiq etməsidir.

Belə ki, tanımadığı kontaktları görən oğlan sevgilisini oyandıraraq ona həmin şəxslərin kimliyi barədə suallar verib, sonra da yumruqlayıb, boğmağa çalışıb.

Mançester məhkəməsində bildirilib ki, prosesin gedişatından asılı olaraq onu 6 aydan 1 ilədək həbs cəzası gözləyir.

Hazırkı qərara əsasən, Oldham rayonunda yaşayan Aleksandra sevgilisi ilə əlaqə yaratmağa qadağa qoyulub.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.