Dünya

Kaliforniyada meşə yanğınlarından sonra 11 nəfər itkin düşüb

6 Dekabr 2018 08:58
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir Kaliforniya ştatı tarixinin ən dağıdıcı təbiət yanğınları qurbanlarının sayında düzəliş edilib. Ölənlərin sayı 88 nəfərdən 85-ə qədər azaldılıb. Hazırda isə itkin düşmüş hesab edilən 11 nəfərin axtarışları davam etdirilir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə günü ştatın Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatında qeyd olunur.

Bildirilir ki, Kaliforniyanın şimalında "Kemp" yanğınının başlaması anından itkin düşən 3 min 175 nəfərin yeri müəyyən edilib. Ölənlərə gəldikdə isə, məhkəmə tibb ekspertləri belə qərara gəldilər ki, aşkar olunan qalıqlar əvvəllər ehtimal ediləndən daha az adama məxsusdur.

Noyabrın 8-də başlamış yanğınlar 13 min 972 yaşayış evini, 528 kommersiya binasını və 4 mindən çox başqa təyinatlı tikilini məhv edib. Yanğınlar ştata milyard dollarlarla ziyan vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.