Dünya

"Huawei" şirkətinin maliyyə direktoru ABŞ-ın tələbi ilə Kanadada saxlanılıb

6 Dekabr 2018 08:48
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada polisi Çinin "Huawei" telekommunikasiya şirkətinin maliyyə direktoru xanım Vançjou Meni saxlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə cümə axşamı "The Globe and Mail" qəzeti yazıb.

"Vançjou Men dekabrın 1-də Vankuverdə saxlanılıb. Onun təhvil verilməsi ilə bağlı sorğunu Birləşmiş Ştatlar göndərib, girov qoyulmasına dair dinləmələr cümə gününə təyin edilib", - deyə nəşr Kanadanın Ədliyyə Nazirliyi nümayəndəsinin sözlərini sitat gətirib.

Qəzetin məlumatına görə, direktor ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaqda ittiham olunur və Birləşmiş Ştatların onun bu səbəbdən ekstradisiyasına dair sorğusu əsasında saxlanılıb.

Vançjou Men "Huawei"in təsisçisi Jen Çjenfeyin qızıdır. O həm də şirkətin idarə heyəti sədrinin müavinidir.

Bundan əvvəl Tramp administrasiyasının ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətində olduğu məlumat verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.