Dünya

Polisdən xəbərdarlıq: Peyk antenalarını yığışdırın

5 Dekabr 2018 20:30
1 Şərh     Baxış: 2 285

Təbriz Şəhər Polis İdarəsi bildiriş vərəqələri yayaraq, əhaliyə peyk antenalarını yığışdırmaqla bağlı xəbərdarlıq edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Polis xəbərdarlığı" adı ilə hazırlanan bildiriş vərəqələri şəhərin müxtəlif məntəqələrində yayılıb, hətta evlərə də paylanılıb.

Bildirişlərdə peyk antenalarından istifadənin qadağan edildiyi, buna görə vətəndaşların məsuliyyətə cəlb oluna biləcəyi vurğulanıb. Polis təbrizlilərə peyk antenalarını yığışdırmaq üçün 72 saat vaxt verib.

Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifinin elan etdiyi son rəsmi məlumata görə, Təbrizdə əhalinin 44 faizdən çoxu peyk antenalarından istifadə edir, onlardan ən azı 75 faizi Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Süleyman · 5 Dekabr 20:40522

    aMəhz Azərbaycan və Türkiyə telekanallarını izlədiklərinə görə fars faşistləri təbrizlilərin peyk antennalarını işlətmələrini qadağan edib, bu qadağa sonra bütün Cənubi Azərbaycan əhalisinə tətbiq ediləcək.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.