Dünya

Baxçalı Yıldırımın yerinə gətirilir? - Ekspert istisna etmir

5 Dekabr 2018 20:10
1 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AKP-nin MHP-yə ittifaq jesti Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyi ola bilər.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu türkiyəli ekspert Məhməd Əli Kulat deyib.

"Bir ehtimal hazırda ciddi şəkildə müzakirə olunur. Dövlət Baxçalının TBMM sədri olmaq ehtimalı böyükdür. Dövlət Baxçalı belə bir tələblə çıxış etməsə də, Ərdoğan bir jest kimi bunu edə bilər", - Kulat bildirib.

Xatırladaq ki, bir müddət əvvəl mediada TBMM sədri Binəli Yıldırımın spikerlikdən istefa verəcəyi barədə məlumatlar yayılmışdı. Artıq onun İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı postuna namizəd göstərildiyi bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.