Dünya

Türkiyə xarici vətəndaşlara daha çox daşınmaz əmlak satacaq

5 Dekabr 2018 17:32
0 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə cari ilin sonunadək xarici vətəndaşlara daşınmaz əmlak satışının artırılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Alqı-Satqı İşləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Qeyd olunub ki, 2018-ci ilin sonuna qədər əcnəbilərin Türkiyədə 40 min obyekt alacağı gözlənilir:

"2018-ci ilin yanvar-oktyabr aylarının yekunu üzrə əcnəbilər ölkədə 30 mindən çox daşınmaz əmlak alıb".

Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, cari ilin oktaybrında ölkədə 146 536 daşınmaz əmlak satılıb. Bu, 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 19,2 faiz çoxdur.

Göstərilən dövrdə İstanbulda 27 156, Ankarada 13 430, İzmirdə isə 7419 obyekt satılıb.

Oktyabrda İraq vətəndaşları 557, İran vətəndaşları isə 378 daşınmaz əmlak əldə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.