Dünya

iPhone sayəsində cinayətin üstü açıldı - FOTO

5 Dekabr 2018 13:35
0 Şərh     Baxış: 1 502

iPhone sayəsində cinayətin üstü açılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, iPhone-dakı sağlamlıq proqramının köməkliyi ilə arvadını öldürən şəxsin qatil olduğu sübut olunub.

Əczaçı işləyən Mitesh Patelin həyat yoldaşını öldürdüyü gün addım sayı və telefonun haralarda olduğunu izləyən telefon proqramı sayəsində cinayətinin üstü açılıb.

Britaniyada ilk dəfə olaraq bu üsuldan yararlanaraq, Miteshin telefonu götürülüb və bu proqrama düşən informasiyadan istintaq prosesində istifadə olunub.

Belə ki, həm addımları, həm də pilləkən çıxan zaman pillələri sayan proqram sayəsində Miteshin həyat yoldaşını boğduğu dəqiqləşib.

Pillələrin sayı məhkəmədə dəlil kimi göstərilib və bildirilib ki, o, həyat yoldaşını öldürdükdən sonra otağına başqası giribmiş kimi səhnələşdirmək üçün evdə dəfələrlə aşağı-yuxarı qalxıb.

Hadisə İngiltərənin Midlsbro rayonunda baş verib.

Qeyd edək ki, o, ifadəsində bildirmişdi ki, evə gələndə həyat yoldaşının cansız bədənini görüb. Lakin telefondakı proqram sayəsində onun bir neçə yalanı üzə çıxıb.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.