Dünya

"Boka Xuniors"un stadionu evakuasiya olundu - Bomba xəbərdarlığı

5 Dekabr 2018 10:24
0 Şərh     Baxış: 391

Argentinanın "Boka Xuniors" klubuna məxsus "Bombonero" stadionu evakuasiya olunub.

Milli.Az report-a istinadən verdiyi məlumata görə, buna naməlum şəxsin zəng edərək, arenaya bomba qoyulması xəbərdarlığı səbəb olub. Hadisə "Boka Xuniors"un Libertadores Kubokunda "River Pleyt"lə keçirəcəyi finalın cavab oyunu üçün İspaniyanın paytaxtı Madridə səfərindən bir neçə saat əvvəl baş verib.

Qeyd edək ki, bu görüş noyabrın 24-də "River Pleyt"ə məxsus stadionda keçirilməli idi. Lakin oyun ərəfəsində yerli fanatlar "Boka Xuniors"un avtobusuna hücum ediblər. Nəticədə matçın dekabrın 9-da Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkilinə qərar verilib. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.