Dünya

Türkiyə noyabrda İrandan neft almayıb

5 Dekabr 2018 08:40
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə noyabr ayında İrandan neft almayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaları çərçivəsində 6 aylıq müvəqqəti güzəşt tətbiq edilən ölkələrdən biri olan Türkiyənin noyabrda İrandan neft idxalı sıfıra enib. Türkiyənin əsas xam neft idxalçısı olan "Tüpraş" holdinqi oktyabr ayında İrandan gündəlik təxminən 129 min barrel xam neft alıb. Lakin holdinq noyabr ayında İrandan neft almayıb.

Bir mənbəyə görə, oktyabrın ortasından noyabrın ortasınadək "Tüpraş"ın İzmit zavodunda planlaşdırılmış profilaktika işləri aparılıb və bu da xam neft tələbatının azalmasına gətirib çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.