Dünya

Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir

8 Dekabr 2018 21:12
0 Şərh     Baxış: 508

Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyasında 31 min nəfər iştirak edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes bildirib.

Parisdə etiraz aksiyalarında 2 min nəfər iştirak edir. Polis 361 nəfəri saxlayıb.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.