Dünya

Səslərin 99,7 faizi hesablandı: Zurabişvili 59,61 faiz səs toplayıb - YENİLƏNİB - FOTO

29 Noyabr 2018 07:12
2 Şərh     Baxış: 4 266

29.11.2018

07:12

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili qalib gəlir.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Zurabişvili səslərin 99,7 faizinin hesablanmasından sonra 59,56 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,44 faiz səs toplayıb.

Məlumata əsasən, S.Zurabişviliyə 1 146 063 nəfər, Q.Vaşadzeyə isə 778 162 nəfər səs verib.

---------

04:00

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili qalib gəlir.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Zurabişvili səslərin 98,73 faizinin hesablanmasından sonra 59,61 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb.

S.Zurabişvili jurnalistlərə deyib: "Mən öz qələbəmi vətəndaş cəmiyyətinin qələbəsi kimi dəyərləndirirəm".

---------

02:31

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili liderlik edir.

Trend-in Mərkəzi Seçki Komitəsinə istinadən verdiyi məlumata görə, S.Zurabişvili səslərin 91,42 faizinin hesablanmasından sonra 59,55 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,49 faiz səs toplayıb.

Məlumata əsasən, S.Zurabişviliyə 1 057 063 nəfər, Q.Vaşadzeyə isə 717 942 nəfər səs verib.

---------

00:53

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili liderlik edir.

Trend-in Mərkəzi Seçki Komitəsinə istinadən verdiyi məlumata görə, S.Zurabişvili səslərin yarısından çoxunun hesablanmasından sonra 58,03 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,97 faiz səs toplayıb.

----------

00:12

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili liderlik edir.

Trend-in Mərkəzi Seçki Komitəsinə istinadən verdiyi məlumata görə, S.Zurabişvili 31,88 faiz səslərin hesablanmasından sonra 57, 37 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 31,88 faiz səs toplayıb.

Qeyd edək ki, daha əvvəl S.Zurabişvilinin qələbəsini 2 müxtəlif "exit poll" təsdiqləyib.

----------------

28.11.2018

23:18

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un yekun nəticələri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Imedi" telekanalının sifarişi ilə "Gallup International" beynəlxalq assosiasiyasının keçirdiyi "exit-poll"un nəticəsinə əsasən, Salome Zurabişvili 57 faiz səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.

Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 43 faiz səs toplayıb.

----------

21:42

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un yeni nəticələri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Imedi" telekanalının sifarişi ilə "Gallup International" beynəlxalq assosiasiyasının keçirdiyi "exit-poll"un nəticəsinə əsasən, Salome Zurabişvili saat 18:00 üçün 58% səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.

Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42% səs toplayıb.

----------

20:36

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un nəticələri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Rustavi 2" telekanalının sifarişi ilə "Edison Research" şirkətinin keçirdiyi "exit-poll"un nəticəsinə əsasən, Salome Zurabişvili 55% səs toplayıb.

Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir. Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

Qeyd edək ki, 28 oktyabrda keçirilən prezident seçkilərində 25 namizəddən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Oxucu · 28 Noyabr 2018 22:5621

    Zurabişvilinin üstün olacağı gözlənilən idi. Amma müxalifətin namizədi olan Vaşadze də şanslı idi, başa-baş mübarizə gedəcəyi gözlənilirdi, hansı qalib gəlsəydi də az səs fazi fərqi ilə qalib olacaqdı. İndi Vaşadzenin ümidi qalacaq ancaq mühacir liderləri Saakaşvilinin hay- küy salıb, beynəlxalq qurumları ayağa qaldırmağına. Başqa cür nəticələri dəyişdirmək mümkün olmayacaq.

    Cavab yaz
    • Anonim
      Georgian lady neticeler hec · 29 Noyabr 2018 08:1810

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.