Dünya

Tələbə casus olduğunu etiraf etdi, əfv olundu - FOTO

26 Noyabr 2018 14:20
1 Şərh     Baxış: 5 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərində casus kimi saxlanılan britaniyalı tələbə əfv edilib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Durham Universitetində tibb sahəsi üzrə təhsil alan 31 yaşlı Metyu Hedces (Matthew Hedges) casus olduğunu etiraf edib.

O, Böyük Britaniyanın kəşfiyyat xidmətinin (MI6 ) üzvü olduğunu dilə gətirib.

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramlarının 47-ci ildönümü münasibəti ilə əfv olunanlar siyahısında Metyunun da adı var.

Qeyd edək ki, o, may ayında, araşdırma xarakterli gəzintisindən sonra Dubay hava limanında, ölkədən çıxmaq istəyərkən saxlanılıb. Metyu təcridxanaya salınıb. Onun ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verilib. Bildirilib ki, o, BƏƏ-nin hərbi, iqtisadi və siyasi təhlükəsizliyini riskə atıb.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.