Dünya

Jurnalistin ölümündə təqsirləndirilən şahzadə Kadırovla Əbu-Dabi Qran-Prisində - FOTO

26 Noyabr 2018 12:10
0 Şərh     Baxış: 3 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyəli köşə yazarının ölümündən sonra vəliəhd şahzadə Məhəmməd bin Salman ilk dəfə ölkə xaricinə çıxıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, jurnalist Camal Haşoqqinin ölümündə təqsirləndirilən şahzadə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

O, bazar günü Abu-Dabidə təşkil olunan Qrand Pri-də iştirak edib. Şahzadə Çeçenistan rəhbəri Ramzan Kadırov və İspaniyanın keçmiş kralı ilə görüşüb.

"Emirates Formula One Grand Prix"ə qatılan Məhəmməd bin Salman Dubayın vəliəhdi və Əmirliyin İcraiyyə Şurasının başçısı şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktumla söhbət edərkən fotoqrafların obyektivinə tuş gəlib.

Onun tezliklə Bəhreynə də səfər edəcəyi gözlənilir.

Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 aydan çox vaxt keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 21 nəfər həbs olunub, onlardan 5-nə ölüm hökmü verilib. ABŞ-ın Federal Kəşfiyyat Agentliyinin (CIA - The Central Intelligence Agency) araşdırmasına görə Haşoqqinin ölüm əmrini verən şəxs Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.